UFC prezidenti Deyn Uayt, iki çəki dərəcəsində keçmiş çempion Konor Makqreqorun diz zədəsi səbəbindən bir il müddətinə oktaqondan kənar qalacağını açıqlayıb.
BEY.AZ xəbər verir ki, Uayt mətbuat konfransında bildirib:
“Oonunla “FaceTime”da danışdıq, bilirsiniz, Konor Makqreqor ən azı bir il müddətinə sıradan çıxıb”.
İyulun 12-də irlandiyalı beş ildən sonra ilk dəfə səkkizbucaqlıya qayıtdı, lakin Maks Holloueyə qarşı döyüşü cəmi 69 saniyədə başa çatdı. Makqreqor ön çarpaz bağını zədələyərək ciddi zədə aldı.
