Avropada PSJ-nin prezidenti Nasser Əl-Xəlayfini FİFA prezident seçkilərində İnfantinonun rəqibi kimi qəbul edirlər.
BEY.AZ xəbər verir ki, “Politico”nun məlumatına görə, Avropa futbol rəsmiləri PSJ-nin prezidenti Nasser Əl-Xəlayfini FİFA prezident seçkilərində potensial namizəd kimi nəzərdən keçirirlər .
Hazırkı FİFA prezidenti Canni İnfantinonun siyasətindən narazılıq, onun Dünya Kubokunun kommersiya hüquqlarındakı səhmləri xarici investorlara satmaq planlarını açıqladıqdan sonra artıb.
Cümə axşamı günü Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) növbəti Dünya Kubokunu boykot etmək ehtimalı da daxil olmaqla, vahid mövqe hazırlamaq üçün bütün 55 milli federasiyanın nümayəndələri ilə təcili iclas keçirəcək.
Avropa futbol liderləri həmçinin 2027-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində İnfantinoya rəqib olacaq namizəd irəli sürmək niyyətindədirlər.
Müəllif: Tural
