fbpx

“Youtube”dan üç yenilik – Bunlar mümkün olacaq



“Youtube”un bir neçə yeni funksiyası test mərhələsindədir.

BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, yeniliklərdən biri süni zəka ilə əlaqəlidir. “Youtube” canlı yayımlarında söhbətlər bölümü çox qarışıq olur və burada süni zəka istifadəçilərin köməyinə çatacaq. Bütün mesajları oxumaq üçün zaman itirməyə ehtiyac qalmayacaq, süni zəka keçmiş mesajları sizə qısaca çatdıracaq.

Digər funksiya isə “Google”un foto axtarış xidməti “Lens” ilə əlaqəlidir. “Youtube” axtarış bölməsinə “Google Lens” əlavə edəcək. Beləliklə, platformada foto axtarış da mümkün olacaq.

Digər bir yenilik sayəsində isə “QR” kod istifadə edərək “Youtube” kanallarını tapmaq mümkün olacaq.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin