İtaliya hökuməti Seutada yaranmış miqrant böhranı səbəbilə İspaniya ilə Şengen sazişinin tətbiqini müvəqqəti dayandırıb.
BEY.AZ xəbər verir ki, bunu Baş nazir Ciorcia Meloni elan edib.
Meloni bildirib ki, qərar zərurət olduğu müddətdə qüvvədə qalacaq.
Xatırladaq ki, iyulun 30-da minlərlə miqrant Mərakeşdən Seutaya keçib. Yerli hakimiyyət təxminən 60 min miqrantın şəhərə daxil olduğunu, 37,5 min nəfərin Mərakeşə geri qaytarıldığını açıqlayıb.
