ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqresə aralıq seçkilərin nəticələrinin onun siyasi mövqeyinə ciddi təsir göstərməyəcəyinə inanır.
BEY.AZ xəbər verir ki, bu barədə “Axios” nəşrinin yazdığına görə, Tramp Respublikaçılar Partiyasının Konqresdə çoxluğu itirməsi ehtimalından ciddi narahat deyil və seçkilərin nəticəsindən asılı olmayaraq partiya daxilində güclü dəstəyə malik olacağına əmindir.
Bildirilir ki, Tramp 2028-ci il prezident seçkilərində üçüncü dəfə namizəd ola biləcəyinə dair açıqlamalar verməyə davam etsə də, əslində, hazırkı Vitse-prezident Cey. Di. Vensin Respublikaçılar Partiyasının namizədi olmasını dəstəkləyir. Potensial vitse-prezidentliyə namizəd kimi isə Dövlət katibi Marko Rubionun adı çəkilir.
Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək və Senatın üçdə biri, eləcə də Nümayəndələr Palatasının bütün tərkibi yenidən seçiləcək.
