fbpx

Azərbaycanda ixtioz xəstələrinin sayı açıqlandı

Rüya Yorumları burda


Bu gün Azərbaycanda 700-ə yaxın ixtioz xəstəsi var.

BEY.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazirlik rəsmisi təəssüf hissi ilə bildirib ki, ixtioz xəstəliyi ilə bağlı narahatedici rəqəmlər var: “Hətta bunun statistikasını da aparmışıq. Ölkədə 700-ə yaxın ixtioz xəstəsi var. Bununla bağlı dövlət proqramı qəbul olunub və biz onları dərman və sarğı materialları ilə də təmin edirik”.

Sektor müdiri vurğulayıb ki, bu gün uşaqlarda anadangəlmə qüsurlar da çoxalıb: “Nazirlər Kabinetinin müvafiq qərarı ilə nikahdan əvvəl müayinələr aparırıq. Müayinələr zamanı vətəndaşa deyə bilmirik ki, evlənməyin. Biz tövsiyə verə bilirik ki, siz talassemiya daşıyıcısınız. Evlənsəniz, xəstə uşaq doğulacaq. Onların evlənib-evlənməməsi özlərindən asılıdır. Bu gün hətta talassemiyanın artıq ağır formaları çoxalıb. Əvvəl alfa forması çox idisə, indi isə delta formasına keçib”.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu