Böyük Britaniyanın Baş naziri Endi Börnhem vəzifəyə başladıqdan cəmi iki həftə sonra istirahətə yollanıb.
BEY.AZ xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti onun ofisinin sözçüsünə istinadən məlumat yayıb.
“Endi Börnhem baş nazir vəzifəsinə başladıqdan iki həftə sonra məzuniyyətə gedir”, – məlumatda deyilir.
Hakimiyyət orqanlarının adi qaydada fəaliyyətini davam etdirəcəyi bildirilir.
Sözçü yeni Baş nazirin və ailəsinin səfərinin müddətini açıqlamaqdan imtina edib, səfərlərin təyinat yerini də dəqiqləşdirməyib.
Börnhemin tətilinin hər hansı konkret plan və ya işlə əlaqəli olub-olmadığı barədə rəsmi şərh verilməyib.
Müəllif: Tural
