EvXəbərlərTramp bir söz deyir, İran başqa söz

Tramp bir söz deyir, İran başqa söz

Published on

spot_img

ABŞ prezidenti Donald Tramp İranla yeni danışıqların yaxın bir-iki gün ərzində başlaya biləcəyini bildirib. O, Vaşinqtonla Tehran arasında mümkün razılaşmanı İran üçün “müharibənin genişlənməsinin qarşısını almaq üçün son şans” adlandırıb.
BEY.AZ xəbər verir ki, Trampın sözlərinə görə, danışıqların ilk mərhələsi Hörmüz boğazının yenidən açılması, ikinci mərhələsi isə İranın nüvə proqramının məhdudlaşdırılması olacaq.
ABŞ prezidenti İranla bağlı səbrinin tükəndiyini gizlətməyib.
“Onlar üçün bu, sənədə imza atmaq üçün son şansdır”, – deyə Tramp vurğulayıb.
Buna baxmayaraq, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Vaşinqtonla danışıqların bərpa olunduğunu təkzib edib.

“Hazırda ABŞ ilə heç bir danışıqlar aparmırıq”, – deyə o bildirib.

Məlumata görə, Tehran hazırda Omanla Hörmüz boğazından keçəcək müvəqqəti dəniz marşrutunun yaradılmasını müzakirə edir. Bu marşrut kommersiya gəmiçiliyinin bərpasına imkan verə bilər. İran tərəfi bildirib ki, bu həll yalnız daimi marşrut müəyyən edilənədək qüvvədə olacaq.
Müəllif: Adəm Abbaslı

Latest articles

"Apple" şirkəti "Telegram"ı "App Store"dan sildi

"Apple" şirkəti "Telegram"ı "App Store"dan sildi

34 yaşlı UFC döyüşçüsü yatdı və ayılmadı

34 yaşlı UFC döyüşçüsü yatdı və ayılmadı

More like this

"Apple" şirkəti "Telegram"ı "App Store"dan sildi

"Apple" şirkəti "Telegram"ı "App Store"dan sildi

34 yaşlı UFC döyüşçüsü yatdı və ayılmadı

34 yaşlı UFC döyüşçüsü yatdı və ayılmadı