EvXəbərlərErmənistan Aİ-nin miqrant planına salındı

Ermənistan Aİ-nin miqrant planına salındı

Published on

spot_img

İtaliya Avropa İttifaqında (Aİ) miqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində miqrantların qəbul ediləcəyi üçüncü ölkələr sırasında Ermənistanın da adını çəkib.
BEY.AZ xəbər verir ki, bu barədə İtaliyanın daxili işlər naziri Matteo Pyantedozi Aİ ölkələrinin daxili işlər nazirlərinin fövqəladə iclasında bildirib.
Nazir İspaniya ilə sərhəddə Şengen sazişinin tətbiqinin müvəqqəti dayandırılmasının Madridə qarşı yönəlmədiyini, bunun Aİ daxilində təhlükəsizliyin təmin olunması məqsədi daşıdığını deyib.
Pyantedozi miqrantların üçüncü ölkələrdə yaradılacaq xüsusi mərkəzlərdə qəbul edilməsini nəzərdə tutan “yeni model” təklif edib. Mümkün məkanlar sırasında Ruanda, Uqanda, Qana, Tunis, Liviya, Özbəkistan və Ermənistanın adı çəkilib.
Onun sözlərinə görə, İtaliya miqrasiyanın idarə olunmasına vahid Avropa yanaşmasının tətbiqini dəstəkləyir. Albaniya ilə miqrant mərkəzinin yaradılması barədə razılaşma isə məhkəmə maneələrinə görə hələlik icra olunmur və Roma alternativ variantlar üzərində işləyir.

Nazir sığınacaq almaq hüququ olmayan şəxslərin deportasiya edilməsinin və qanunsuz miqrant axınının qarşısının alınmasının yeni modelin əsas elementi olduğunu vurğulayıb.

Qeyd edək ki, miqrasiya məsələsi Aİ-də ən mübahisəli mövzulardan biri olaraq qalır və müzakirələrin növbəti iclaslarda da davam etdirilməsi planlaşdırılır.
Adəm

Latest articles

More like this