Ermənistanın enerji sisteminin istehsal və ötürmə şəbəkələrində baş vermiş qəza vəziyyəti nəticəsində ölkənin beş vilayətində yerləşən bir sıra şəhər və onlara bitişik kəndlərdə elektrik enerjisinin verilişi tamamilə dayandırılıb. B
BEY.AZ xəbər verir ki, bu barədə Ermənistanın “Ermənistan Elektrik Şəbəkələri” şirkəti məlumat yayıb
Şirkətin mətbuat xidməti bildirib ki, dispetçer məhdudiyyətləri Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərində tətbiq olunub.
Hazırda respublikanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinin mütəxəssisləri və sistem operatoru elektrik enerjisinin verilişini ən qısa müddətdə bərpa etmək məqsədilə qəza-bərpa işləri aparırlar.
Hüseyn İbadlı
