fbpx

Bu bölgələrdə qırmızı xəbərdarlıq elan edildi



İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı sinoptiklər tərəfindən sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov BEY.AZ-a bildirib ki, öncədən verilən sarı və narıncı xəbərdarlığa uyğun olaraq dünən ölkənin bir sıra bölgələrində güclü qərb küləyi əsib, leysan xarakterli yağış yağıb.

“Qazax-Gəncə, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Mərkəzi Aran, Balakən-Şəki, Dağlıq Şirvan, Lənkəran-Astara, Qarabağ və Şərqi Zəngəzur bölgəsində qeyri-sabit hava şəraitinin davam edəcəyi, iyunun 23-ü gündüzədək bir sıra yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

21-22 iyun tarixlərində gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı vətəndaşlardan artıq dərəcədə xahiş edirik ki, sinoptiklər tərəfindən verilən sarı, narıncı və qırmızı xəbərdarlıqlara diqqət yetirsinlər, hava məlumatlarına ciddi yanaşsınlar və ehtiyat tədbirlərini unutmasınlar”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin