EvXəbərlər13 nəfər saniyələr içində öldü

13 nəfər saniyələr içində öldü

Published on

spot_img

Hindistanın Carkhand ştatında baş verən güclü ildırım fəlakəti faciə ilə nəticələnib.
BEY.AZ xəbər verir ki, ştatın müxtəlif bölgələrində ildırım vurması nəticəsində azı 13 nəfər ölüb.
Polisin məlumatına görə, ölənlərdən 8-i Giridix, 3-ü Dumka, 2-si isə Latehar dairəsinin sakinləridir. Bütün hadisələr güclü leysan və tufanla müşayiət olunan hava şəraiti zamanı qeydə alınıb.
Ştat rəhbərliyi əhaliyə hava şəraiti pisləşən zaman açıq ərazilərdə qalmamağı, ağacların altına sığınmamağı və meteoroloji xəbərdarlıqlara əməl etməyi tövsiyə edib.
Qeyd edək ki, Hindistan Meteorologiya Departamentinin məlumatına əsasən, ötən il təkcə Carkhand ştatında ildırım vurması nəticəsində 200-dən çox insan həyatını itirib. Bu səbəbdən ildırım bölgədə ən təhlükəli təbii fəlakətlərdən biri hesab olunur.

Adəm

Latest articles

More like this