Türkiyənin “Trabzonspor” klubu “Liverpul” və Misir millisinin əfsanəsi Məhəmməd Salahı transfer etdiyini açıqlayıb.
BEY.AZ xəbər verir ki, 34 yaşlı Salah “Trabzonspor”a azad agent kimi qoşulub və 2028-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.
Misirli futbolçu Türkiyə klubunda 61 nömrəli formanı geyinəcək.
Məhəmməd Salah əvvəllər “Bazel”, “Çelsi”, “Fiorentina”, “Roma” və “Liverpul” kimi klublarda oynayıb. Onun Misir millisində 119 oyunu və 66 qolu var. Salah “Liverpul”la müqaviləsi başa çatdıqdan sonra iyun ayında klubsuz qalmışdı.
BEY.AZ
