fbpx

Liseydə 35 min manatlıq mənimsəmə



Təhsil müəssisəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Neftçala rayon prokurorluğundan BEY.AZ-a verilən məlumata görə, Neftçala şəhər humanitar təmayüllü Muğan liseyində baş verən qanunsuzluqlarla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı həmin liseydə qeyri-qanuni sinif komplektinin yaradılması və məşğələlərin keçirilməməsi nəticəsində 35 min manatdan artıq dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin