EvXəbərlərKermanda 21 Mossad agenti və dörd silahlı qrup ələ keçirildi

Kermanda 21 Mossad agenti və dörd silahlı qrup ələ keçirildi

Published on

spot_img

İran Kəşfiyyat Nazirliyi ölkə hakimiyyətinin İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əlaqəli hesab etdiyi 21 nəfərin, eləcə də ölkənin cənub-şərqindəki Kerman vilayətində dörd silahlı qruplaşmanın saxlanıldığını açıqlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, həbslər bir sıra kəşfiyyat əməliyyatları nəticəsində həyata keçirilib. Nazirlik qeyd edib ki, saxlanılan şəxslər hərbi və müdafiə sektorlarının həssas və məxfi obyektləri haqqında məlumat toplayaraq onları İsrail tərəfinə ötürüblər.
Bundan əlavə, İranın güc strukturları həmin vilayətdə dörd silahlı şəxsin saxlanıldığını bəyan ediblər. Bildirilir ki, onlardan silah, eləcə də hərbi və ov təyinatlı sursat aşkar edilərək götürülüb.
Nazirlik, həmçinin qurumun 2026-cı ilin yanvar hadisələrinin “fəal və əsas muzdluları” ilə əlaqələndirdiyi beş saxlanılan silahlı şəxsdən dörd ədəd silahın götürüldüyünü açıqlayıb.

İş materialları əlavə araşdırma aparılması üçün məhkəmə orqanlarına göndərilib.
Hüseyn İbadlı

Latest articles

More like this