Avqustun 7-nə keçən gecə Rusiyanın işğalı altında olan Krımdakı “Qvardeyskoye” hərbi aerodromunda partlayışlar baş verib, ardınca isə böyük yanğın başlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Krımskiy veter” məlumat yayıb.
Kanalın məlumatına görə, aerodroma zərbələr saat 03:30-dan 03:39-dək və 04:34-dən 04:47-dək qeydə alınıb.
Aerodrom ərazisində yanacaq-sürtkü materialları anbarının yandığı, sursat partlayışlarının da olduğu qeyd edilib.
Şahidlər alovları bir neçə kilometr uzaqdan görünən iki yanğın barədə məlumat verirlər.
Kanal qeyd edir ki, Rusiya ordusu “Qvardeyskoye” aerodromundan “Şahed” tipli hücum dronlarını buraxmaq üçün istifadə edir.
Müəllif: Tural
