EvXəbərlər6 ölkənin qərargahı İstanbula köçürüldü

6 ölkənin qərargahı İstanbula köçürüldü

Published on

spot_img

Türkiyə Cənub-Şərqi Avropa Briqadasının (SEEBRIG) qərargahını Şimali Makedoniyadan İstanbula köçürüb.
BEY.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərargahın texnika və avadanlıqları 19-21 iyul tarixlərində İstanbula daşınıb, şəxsi heyət isə mərhələli şəkildə Türkiyəyə gəlib. Bölmə avqustun 3-dən etibarən tam əməliyyat qabiliyyətinə çatıb.
Məlumata görə, qərargahın fəaliyyətə başlaması və komandanlığın təhvil-təslim mərasimi avqustun 27-də keçiriləcək. SEEBRIG qərargahı isə avqustun 31-də rəsmi fəaliyyətə başlayacaq və 2032-ci ilədək Türkiyənin ev sahibliyində fəaliyyət göstərəcək.

SEEBRIG-də Türkiyə, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Şimali Makedoniyadan ümumilikdə 28 nəfərlik əsas heyət xidmət edir. Onlardan 12-si Türkiyə Silahlı Qüvvələrinin, 16-sı isə digər iştirakçı ölkələrin hərbçiləridir.

Müəllif: Roza

Latest articles

More like this