Bu, yeni müharibəyə səbəb ola bilər
“Bu gün Fransa həm Ermənistanı silahlandırır, həm də hərbi baza yaratmaq istəyir. Eyni zamanda, beynəlxalq miqyasda anti-Azərbaycan meyillərini formalaşdırmağa çalışır”.
Bu sözləri BEY.AZ-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Politoloqun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhə doğru müəyyən addım atıldığı ərəfədə İrəvanı silahlandırmaq ondan xəbər verir ki, məqsəd bölgədə sülhü pozmaqdır:
“Birmənalı şəkildə deyə bilərik ki, Fransa Ermənistanın Azərbaycanla sülh bağlamasının qarşısını almağa çalışır. Ermənistan tərəfi qeyd edir ki, biz bir aya sülh sazişi imzalaya bilərik. Bu da Fransanın oyunlarıdır. Yəni, beynəlxalq ictimaiyyətə mesaj verirlər ki, Ermənistan guya sülhpərvər dövlətdir. Digər tərəfdən isə Ermənistanı faktiki olaraq silahlandırırlar. Fransanın bu hərəkətləri bölgədə stabilliyin pozulması ilə bərabər, sülh danışıqlarına böyük zərbə vurur. Bu, yeni müharibəyə səbəb olacaq hərəkətlərə gətirib çıxara bilər”.
Seyranə Quliyeva / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |