Avqustun 8-nə keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə və onun vilayətinə hava zərbələri endirib.
BEY.AZ xəbər verir ki, bu barədə Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
O bildirib ki, Brovarı rayonuna endirilən dron zərbələri nəticəsində 3 nəfər həlak olub, onlardan biri uşaqdır. Daha 3 nəfər isə xəsarət alıb.
Yerli montorinq qrupunun yaydığı məlumata görə, Kiyevə 8-ə yaxın ballistik raket atılıb. Paytaxtın bəzi yerlərində enerji və suyun verilişi dayanıb.
