“Napoli” və Belçika millisinin ulduz hücumçusu Romelu Lukaku karyerasını “Monako”da davam etdirə bilər.
BEY.AZ xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.
“Monako” artıq Lukakunun mümkün transferi ilə bağlı məlumat istəyib, lakin 33 yaşlı belçikalı futbolçunun illik 7 milyon avro maaşı problem yarada bilər.
Lukaku daha əvvəl Türkiyə liqasından gələn iki təklifi rədd etmişdi. Hücumçuya həmçinin MLS klubu “Atlanta Yunayted” də təklif göndərmişdi.
Lukaku özü “Napoli”nin mövsümöncəsi təlim-məşq toplanışına qatıla bilmədi və bu, onun bu yay klubunu mütləq dəyişəcəyini göstərir. İtaliya klubu oyunçusu üçün 10 milyon avro tələb edir.
Romelu 2024-cü ilin yayında “Napoli”yə qoşulub. O vaxtdan bəri o, “mavilər”in heyətində 45 oyun keçirib, 15 qol vurub və 11 məhsuldar ötürmə edib.
