Omanın Xəsəb şəhərindən 18 dəniz mili şərqdə bir gəmi naməlum mərminin zərbəsinə məruz qalıb.
BEY.AZ xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb.
Zərbə nəticəsində gəmidə yanğın baş verib və onu söndürmək mümkün olub. Mövcud məlumata görə, heyət üzvlərindən heç kim yaralanmayıb, gəmi təhlükəsizlikdədir. Ətraf mühitə ziyan dəyməsi barədə məlumat daxil olmayıb.
