Estoniya parlamentinin müdafiə komissiyasının sədri Kalev Stoyçesku Rusiyanın yaxın gələcəkdə NATO ilə hərbi qarşıdurmanın təşəbbüskarı olacağına şübhə etdiyini bildirib. Eyni zamanda, o, ölkənin şərq sərhədində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırıb.
BEY.AZ xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
“Hesab etmirəm ki, Rusiya yaxın vaxtlarda NATO-ya hücum edə bilsin”, – deyə Stoyçesku bildirib.
Buna baxmayaraq, o, Estoniyanın təhlükəsizliyinin şərq sərhədlərinin etibarlı qorunmasından asılı olduğunu, məhz buna görə də onların gücləndirilməsinin vacibliyini vurğulayıb. Parlamentari Rusiya-Estoniya sərhədinin tamamilə bağlanmasının tərəfdarı olduğunu bildirib.
Hüseyn İbadlı
