Rusiya qüvvələrinin Xarkovun Saltovka rayonuna endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 12 nəfər yaralanıb.
BEY.AZ xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov və Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat veriblər.
Bildirilib ki, zərbələr nəticəsində çoxmənzilli yaşayış binalarına ziyan dəyib. Binalardan birinin 7-10-cu mərtəbələri dağılıb.
Daha bir yaşayış binasına zərbə nəticəsində insanlar binada köməksiz vəziyyətdə qalıb. Əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Sinequbovun sözlərinə görə, zərbələr nəticəsində 2 nəfər ölüb, daha bir nəfər ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Ümumilikdə yaralananların sayı 12-yə çatıb.
