EvXəbərlərVaşinqtondan İsrailə ŞOK TƏLƏB: Üç cəbhədə atəşi dayandırın

Vaşinqtondan İsrailə ŞOK TƏLƏB: Üç cəbhədə atəşi dayandırın

Published on

spot_img

ABŞ administrasiyası son vaxtlar gərginliyin davam etdiyi hər üç istiqamətdə hərbi əməliyyatların tam dayandırılması ilə bağlı İsrailə rəsmi tələb irəli sürüb.
BEY.AZ xəbər verir ki, bu barədə İsrailin “Channel 13” telekanalı məlumat yayıb.
Bildirilib ki, söhbət İran, Qəzza zolağı və Livandan gedir.
Amerika tərəfinin mövqeyini İsrail rəhbərliyinə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı, admiral Bred Kuper şəxsən çatdırıb. Telekanalın məlumatına görə, Vaşinqton həmçinin İsrail ordusunun son aylarda silahlı qruplaşmaların komandirlərinin hədəfli şəkildə aradan götürülməsinin dayandırılmasını tələb edir.
İsrailin güc strukturlarında bu xəbər kəskin mənfi qarşılanıb. Telekanalın mənbələri bildirir ki, Vaşinqtonun tələbləri müdafiə qurumunun və hərbi komandanlığın nümayəndələrinin etirazına səbəb olub.

Bu hadisələr İsrail baş nazirinin anklavın gələcəyi ilə bağlı prinsipial mövqeyi fonunda baş verir. Bir gün əvvəl Benyamin Netanyahu İsrailin “Sülh Şurası” tərəfindən təklif edilən və ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi çoxmərhələli nizamlanma planını rədd etdiyini bildirib. Söhbət, xüsusilə İsrail Müdafiə Ordusunun qüvvələrinin Qəzza zolağından mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan 15 maddəlik sənəddən gedir.
Hökumət başçısı vurğulayıb ki, Fələstin qruplaşması HƏMAS tamamilə tərksilah edilməyənədək ordu ərazini tərk etməyəcək. O, bu tələbi İsrailin xarici təzyiqlərə baxmayaraq keçmək niyyətində olmadığı qırmızı xətt kimi müəyyənləşdirib.
Hüseyn İbadlı

Latest articles

More like this