EvXəbərlərABŞ-dan Ukraynaya "Patriot" raketləri ilə bağlı qadağa

ABŞ-dan Ukraynaya “Patriot” raketləri ilə bağlı qadağa

Published on

spot_img

ABŞ-ın “Raytheon” və “Lockheed Martin” müdafiə şirkətləri Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına lisenziya verilməsindən ehtiyat edir.
BEY.AZ xəbər verir ki, bu haqda məlumat yayan “The Atlantic” yazır ki, şirkətlər Ukraynanın əldə edəcəyi texnologiyaları təkmilləşdirərək raketlərin ABŞ-dakı istehsal xətlərindən daha sürətli və daha aşağı xərclə kütləvi istehsalına başlaya biləcəyindən narahatdır.
Nəşrin məlumatına görə, ABŞ-ın müdafiə şirkətləri bu narahatlıqlarını rəsmi şəkildə intellektual mülkiyyətin oğurlanması və texnologiyaların ötürülməsi riski ilə əsaslandıra bilər.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski “Patriot” raketlərinin istehsalı üçün lisenziyanı hələ müharibənin ilk ilində ABŞ-ın keçmiş prezidenti Co Baydendən istəyib. Lakin Kiyevin müraciəti həmin vaxt səbəb göstərilmədən rədd edilib.
Zelenski bildirib ki, hazırda ABŞ prezidenti Donald Trampla lisenziyaların verilməsi məsələsində razılıq əldə olunub. O, bu qərarın müharibənin ilk illərində qəbul edilməsinin daha faydalı ola biləcəyini vurğulayıb.

Bununla belə, Donald Tramp hələ Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziyanın veriləcəyini yekun şəkildə təsdiqləməyib. ABŞ prezidenti daha əvvəl bu raketlərin öz ölkələrinə lazım olduğunu qeyd edib.
Müəllif: Adəm

Latest articles

Bakıda Peşəkar Usta Xidmətləri: Kombi, Kondisioner və Soyuducu Təmiri 051 316 63 62

Məişət avadanlıqlarının texniki sazlığı mənzillərdə komfort və təhlükəsizliyin əsas şərtlərindən biridir. Cihazlarda yaranan kiçik...

More like this