EvXəbərlərPanama kanalından gəmilərin keçid qiyməti rekord həddə çatdı

Panama kanalından gəmilərin keçid qiyməti rekord həddə çatdı

Published on

spot_img

Panama kanalından gəmilərin keçidi üçün gündəlik hərraclarda orta qiymət rekord göstəriciyə — 1,1 milyon dollara çatıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Bildirilib ki, güclənən El-Ninyo səbəbindən suyun səviyyəsinin düşməsi və İran ətrafındakı hərbi əməliyyatlarla bağlı hərəkətin məhdudlaşdırılmasının yaratdığı böyük tələbat fonunda Panama kanalında ən yüklü gəmiçilik marşrutlarının qiymətləri yeni rekorda çatıb.
“Kanalın ən çox istifadə edilən marşrutları üzrə avqustda gündəlik hərracda tranzit slotu bu ay orta hesabla təxminən 1,1 milyon dollar təşkil edir”, – deyə məlumatda bildirilir.
FT-nin məlumatına görə, 2026-cı ilin avqustunda kanaldan keçidin orta dəyəri ötən illə müqayisədə 16 dəfə artıb. Bununla belə, iri şlyuzlar üçün bu məbləğ son həftələrdə 2,5 milyon dollar həddinə çatıb, iyulun 28-dən etibarən isə hərracın bəzi slotları hətta 3,78 milyon və 2,63 milyon dollara satılıb.

Vurğulanıb ki, keçid üçün növbələr də kəskin artıb. Belə ki, yanvarın 2-də 40 gəmi gözlədiyi halda, avqustun 3-də bu rəqəm artıq 113-ə çatıb.

Ötən gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bəyan edib ki, ABŞ Tehranın şərtlərini qəbul etməyənədək Hörmüz boğazı açılmayacaq.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti Fars körfəzində qeyri-sabitlik mənbəyidir və müharibəni dayandırmalı, İranın dondurulmuş aktivlərini azad etməli və regiondakı münaqişələri dayandırmalıdır.
Hüseyn İbadlı

Latest articles

More like this