“TRIPP layihəsinin (“Tramp marşrutu”) həyata keçirilməsi və bu çərçivədə yolların açılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır”.
BEY.AZ xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputat Arman Yeqoyan deyib.
“Əgər bu faydalı olmasaydı, həmin sənəd imzalanmazdı. İmzalanmış sənədlərdə təsvir edilən şərtlər daxilində yolların açılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır. Əks halda, bunu imzalamazdılar”, – Yeqoyan bildirib.
