fbpx

Prezidentin general-leytenant rütbəsi verdiyi Namiq İslamzadə kimdir?



Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

BEY.AZ xəbər verir ki, Hərbi Hava Qüvvələrinin Komandanı general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə general-leytenant hərbi rütbəsi verilib. Namiq İslamzadə barədə məlumatları təqdim edirik.

Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981-88-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-91-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olub, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıdıb, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilib və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.

Namiq İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Polkovnik Namiq İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “general-mayor” ali hərbi rütbəsi verilib.

2019-21-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini – aviasiya rəisi vəzifəsində xidmət edib və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri komandanının müavini – hava döyüş komandiri vəzifəsinə təyin olunub.

2024-cü il may ayının 18-dən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.

İngilis və rus dillərini bilir.

Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən, “Hərbi xidmətlərə görə” medalı ilə, 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Bayrağı” ordeni ilə, 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən, “Vətən uğrunda” medalı ilə təltif edilib.9 dekabr 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.”Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin