fbpx

Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Rüya Yorumları burda


“Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq. Otuz ildir bizim torpaqlarımızı işğal etmişdilər. Nə oldu? Qərarlar qəbul edirdilər, ancaq bu qərarların arxasında heç nə durmurdu. Torpaqlarımızın 20 faizi işğal olunmuşdu, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var idi. Bunun haqqında heç kim danışmır”.

BEY.AZ xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində söyləyib.

Qarabağdan köçən ermənilərə Azərbaycan tərəfindən bütün şəraitin yaradıldığını söyləyən nazir qeyd edib: “Heç kim onları buradan qovmurdu, onlar özləri də gedəndə deyirdilər ki, heç kim bizi qovmur, buradan sağ-salamat çıxıb gedirik. …Buraya BMT-dən iki qrup gəlmişdi, gəldilər gördülər. Mən axı əməliyyat haqqında deyəndə, elə belə demirdim ki, möhtərəm cənab Prezident ciddi tapşırıq vermişdi. Hörmətli Birinci vitse-prezident humanitar məsələləri ciddi nəzarətdə saxlayırdı. Onlar bilirdilər ki, bu ikili standartları bizə qarşı yenə də tətbiq edəcəklər. Ancaq biz tədbirimizi gördük. Nə qədər çalışsalar da, hələ ki, şükürlər olsun, hədəflərinə çata bilmirlər. Yığılırlar, danışırlar, nəsə deyirlər. Möhtərəm cənab Prezidentin möhkəm iradəsi bunun hamısının qarşısını alır”.






Rüya tabirlerini burdan oku
MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu