EvXəbərlərMoskva ilə Tokio arasında GƏRGİNLİK PİK HƏDDƏ

Moskva ilə Tokio arasında GƏRGİNLİK PİK HƏDDƏ

Published on

spot_img

Yaponiyanın Baş naziri Sanae Takaitşi Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının İturup adasına səfəri ilə bağlı Moskvaya etirazını bildirərək, bu addımın “yapon xalqının hissiyyatına toxunduğunu” bildirib. Həmçinin Yaponiyanın Xarici İşlər Nazirliyi də Rusiya dövlət başçısının səfərindən narazılığını ifadə edərək Rusiyanın səfiri Nikolay Nozdryovu nazirliyə çağırıb. Moskva Kuril adalarının Rusiyanın ayrılmaz tərkib hissəsi olduğunu xatırladıb.
Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının İturup adasına səfəri arxipelaqın bir hissəsini özünün “şimal əraziləri” hesab edən Yaponiya hakimiyyətinin qəzəbinə səbəb olub.
BEY.AZ xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Express” qəzeti yazır.
“Vladimir Putin tarixdə ilk dəfə Kuril adalarına səfər edib və bu, Yaponiyanın hiddətinə səbəb olub”, — deyə materialda bildirilir.
Xüsusilə, Yaponiyanın Baş naziri Sanae Takaitşi mətbuat konfransında Tokionun Moskvaya qətiyyətli etirazını bildirdiyini təsdiqləyib və İturupu əzəli yapon ərazisi adlandırıb.

“Rusiya Prezidentinin İturupa indiki səfəri Yaponiyanın şimal əraziləri məsələsindəki ardıcıl mövqeyi ilə bir araya sığmır. Bu, yapon xalqının hissiyyatına toxunur və qətiyyən qəbulolunmazdır”, — deyə Yaponiya hökumətinin rəhbəri bildirib.
Bundan əlavə, Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi Kuril adalarının həm tarixi baxımdan, həm də beynəlxalq hüquqa əsasən, mahiyyətcə yapon ərazisi olduğunu bəyan edib. Ölkənin XİN-i Moskvaya etiraz elan edib və Rusiyanın səfiri Nikolay Nozdryovu çağırıb.
TBS telekanalı yayadığı məlumatda deyilir ki, Yaponiya hakimiyyətinin bütün nümayəndələri öz hökumətlərinin bu mövqeyini bölüşmürlər. Yaponiya parlamentinin yuxarı palatasının deputatı Muneo Suzuki Tokionun reaksiyasını həddindən artıq kəskin adlandırıb.
“Hesab edirəm ki, gah sevinmək, gah da məyus olmaq doğru deyil. Düşünürəm ki, Putin Rusiya Prezidentinin təbii vəzifələrini yerinə yetirir. Belə hər bir addıma reaksiya vermək uşaqcasına görünür, bu, qeyri-yetkinlikdir”, – deyə siyasətçi bildirib.
Deputat vurğulayıb ki, Yaponiya hökumətinin elan etdiyi etiraz Moskva ilə Tokio arasındakı münasibətlərdə onun mövqeyini yalnız sərtləşdirə bilər. Suzuki həmçinin iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olduğunu bildirib.

Moskvanın cavabı
Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko “Arktika — regionlar” IV forumunun kuluarlarında jurnalistlərlə söhbət zamanı Rusiya səfirinin Tokioda nazirliyə çağırılmasının heç bir nəticə verməyəcəyinə əminliyini ifadə edib.
“Fiqurlu konkisürmədə olduğu kimi, burada da məcburi proqram var. Yaponiya tərəfinin Yaponiyanın özünə aid hesab etdiyi bizim Rusiya ərazilərinə Rusiya rəhbərlərinin səfərlərini diqqətdən kənarda saxladığı bir hal xatırlamıram”, – deyə o əlavə edib.
Rusiyanın səfirliyindən bildirilib ki, Yaponiya XİN-in demarşına cavab olaraq Nozdryov Tokio nümayəndələrinə cənub Kuril adalarının Rusiyanın ayrılmaz tərkib hissəsi olduğunu və İkinci Dünya müharibəsinin yekunlarına əsasən qanuni beynəlxalq əsaslarla onun tərkibinə daxil edildiyini izah edib. O vurğulayıb ki, adaların mənsubiyyəti şübhə doğurmur.
“Prezidentin ölkəmizin ərazisi üzrə səfərləri müstəsna olaraq Rusiya rəhbərliyinin suveren qərarlarıdır və xarici dövlətlərlə müzakirə mövzusu ola bilməz”, – deyə səfir vurğulayıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “X” sosial şəbəkəsində Takaitşinin sözlərinə cavab verərək, Kuril adalarının Rusiyaya mənsubluğu faktını anlamayan hər kəsin öz yanılmalarının “dəhşətli nəticələrini” hiss edəcəyi ilə hədələyib.
Hüseyn İbadlı

Latest articles

More like this