EvXəbərlərQızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi

Qızı ilə birlikdə dekolteli çimərlik geyimində poza verdi

Published on

spot_img

Model Keyt Moss İbisada çimərlik geyimində görüntülənib.
BEY.AZ xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
52 yaşlı Keyt Moss dərin dekolteli qara bütöv çimərlik geyimində obyektivlərə tuş gəlib. Obrazı iri günəş eynəyi, sırğalar və qolbaqlar tamamlayıb. Model qızı Lila ilə birlikdə yaxtada olub. Ailə İbisada istirahət edir.
Keyt Moss qızı Lilanı 2001–2004-cü illərdə münasibətdə olduğu “Dazed Media” media şirkətinin həmtəsisçisi Cefferson Hakdan dünyaya gətirib. Cütlüyün ayrılmasına baxmayaraq, qızın valideynləri dostluq münasibətlərini saxlayırlar. Hazırda Lila Moss anasının agentliyində model karyerasını uğurla qurur. Xüsusilə, 2020-ci ildə o, “Miu Miu” brendinin yaz-yay kolleksiyasını reklam edib.

Martda Lila Moss Paris Dəb Həftəsi zamanı keçirilən “Saint Laurent”in yeni kolleksiyasının nümayişində iştirak edib. Model fotoqraflar qarşısında büstqaltersiz, qara yarımşəffaf maksi libasda poz verib. O, həmçinin hündürdaban ayaqqabı geyinib. Məşhur tədbirə yığılmış saç düzümü və təbii üslubda makiyajla qatılıb.

Hüseyn İbadlı

Latest articles

Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı

Cristiano Ronaldo (@cristiano)'in paylaştığı bir gönderi Nikah mərasimi avqustun 11-də baş tutub. Daha əvvəl idmançı...

More like this

Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı

Cristiano Ronaldo (@cristiano)'in paylaştığı bir gönderi Nikah mərasimi avqustun 11-də baş tutub. Daha əvvəl idmançı...