EvXəbərlərABŞ ilk dəfə çoxmillətli PUA qüvvələri yaradır

ABŞ ilk dəfə çoxmillətli PUA qüvvələri yaradır

Published on

spot_img

ABŞ Silahlı Qüvvələrində öz tarixində ilk çoxmillətli zərbə PUA-ları qruplaşması – “Task Force Falcon Strike” yaradılacaq.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat verib.
Bəyanatda bildirilir ki, yeni bölmə havada, suda və su altında birtərəfli təsirli zərbə PUA-larından istifadə edəcək. Qruplaşmanın tərkibinə ABŞ hərbçiləri və Vaşinqtonun Yaxın Şərqdəki tərəfdaşlarının nümayəndələri daxil olacaqlar.
Buna qədər ABŞ-nin baha başa gələn ələkeçirmə sistemlərindən imtina edərək və son bir neçə ildəki döyüş əməliyyatları təcrübəsinə əsaslanaraq düşmən PUA-ları ilə mübarizə üçün “Bumblebee” FPV dronlarından istifadəyə keçməyi planlaşdırdığı bildirilmişdi. Qeyd olunur ki, Pentaqon PUA-lara qarşı mübarizə üzrə digər hökumət agentlikləri ilə qarşılıqlı əlaqə üçün artıq əməliyyat qrupu formalaşdırıb.

Hüseyn İbadlı

Latest articles

Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı

Cristiano Ronaldo (@cristiano)'in paylaştığı bir gönderi Nikah mərasimi avqustun 11-də baş tutub. Daha əvvəl idmançı...

More like this

Ronaldo toyundan sonra saçlarını kürən rəngə boyadı

Cristiano Ronaldo (@cristiano)'in paylaştığı bir gönderi Nikah mərasimi avqustun 11-də baş tutub. Daha əvvəl idmançı...