Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov yarımmüdafiəçi Aleksey Batrakovun daha qısa ödəniş planı şərti ilə “Qalatasaray”a transferini təsdiqləyib.
BEY.AZ xəbər verir ki, bu barədə “Championat”a vəziyyətlə tanış olan mənbə məlumat verib.
Daha əvvəl “Championat” “Qalatasaray”ın beş il ərzində 25 milyon avroluq təklifi barədə məlumat vermişdi.
Batrakov ötən mövsüm bütün yarışlarda 36 oyun keçirib, 17 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 28 milyon avrodur.
