Münxen “Bavariya”sının yarımmüdafiəçisi Camal Musiala “RB Leypsiq”ə qarşı keçirilən yoldaşlıq matçı zamanı meydandaca huşunu itirib.
BEY.AZ xəbər verir ki, 83-cü dəqiqədə futbolçu qazona yıxılmağa başlayıb, lakin komanda yoldaşı İsmael Saybari onu tutub. Bundan sonra həkimlər meydançaya qaçaraq idmançıya tibbi yardım göstəriblər. Musiala tezliklə özünə gəlib və məşqçilər heyəti onu əvəzləmək qərarı verdiyindən meydanı müstəqil tərk edə bilib.
KİV-in məlumatına görə, halsızlığa isti hava şəraitinin yaratdığı güclü başgicəllənmə səbəb olub.
Yıxılmazdan iki dəqiqə əvvəl Musiala rəqib qapısına qol vurub. Qarşılaşma “Bavariya”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hüseyn İbadlı
