“Real Madrid”in baş məşqçisi Joze Mourinyo hazırkı heyətdən tam razı deyil.
BEY.AZ xəbər verir ki, “Sport.es”in məlumatına görə, klub rəhbərliyi portuqaliyalı məşqçinin iki xahişini yerinə yetirə bilməyib.
Mənbənin məlumatına görə, portuqaliyalı məşqçinin əsas tələblərindən biri sol ayaqlı mərkəz müdafiəçisi almaqdır. Mourinyo həmçinin komandanı gücləndirmək üçün “tam” yarımmüdafiəçi istəyir.
Mourinyonun 70 milyon avro dəyərində qiymətləndirilən “İnter”in müdafiəçisi Alessandro Bastonini seçdiyi vurğulanır. “Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri üçün də oxşar məbləğ ayırmışdı. Lakin ispaniyalı futbolçunun “Barselona”ya keçmək qərarından sonra “Real Madrid” planlarını yenidən nəzərdən keçirə bilər.
