EvXəbərlər"İvan Qroznı"nın aktyoru vəfat etdi

“İvan Qroznı”nın aktyoru vəfat etdi

Published on

spot_img

Rusiyanın Xalq artisti, teatr və kino aktyoru Leonid Rudoy 80 yaşında dünyasını dəyişib.
BEY.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Nazirlik aktyoru Voloqdanın mədəni həyatında mühüm iz qoymuş, özünəməxsus yaradıcılığı ilə seçilən sənətçi kimi xarakterizə edib. Onunla vida mərasiminin vaxtı barədə əlavə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, Leonid Rudoy 3 aprel 1946-cı ildə Kuybışevdə anadan olub. 1968-ci ildə Kalininqrad Vilayət Dram Teatrında fəaliyyətə başlayıb. Daha sonra Voloqdaya köçən aktyor burada Dram Teatrının direktoru vəzifəsində çalışıb. Ardınca Qrodno Dram Teatrında fəaliyyət göstərən Rudoy həmin teatrda beş il çalışıb və teatr studiyasına rəhbərlik edib.

Leonid Rudoy səhnədə 100-dən çox obraz yaradıb. O, daha çox “İvan Qroznı” serialındakı rolu ilə tanınıb.

Latest articles

More like this