EvXəbərlərTürkiyə hərbçiləri NATO-nun hava və raketdən müdafiə təlimində

Türkiyə hərbçiləri NATO-nun hava və raketdən müdafiə təlimində

Published on

spot_img

Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Rumıniyanın hava məkanında keçirilən NATO-nun inteqrasiya edilmiş hava və raketdən müdafiə təliminə qatılıb.
BEY.AZ xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimdə Türkiyə Hərbi Hava Qüvvələrinin 6-cı bazasından (Bandırma) 2 ədəd F-16, 3-cü bazasından (Konya) 1 ədəd E-7T və 10-cu bazasından (Adana) 1 ədəd KC-135R təyyarəsi iştirak edib.
NATO qüvvələri ilə birgə təşkil olunan fəaliyyət zamanı ilk dəfə aşağı sürətli hədəflərin ələ keçirilməsi üzrə təlim uğurla keçirilib.

Latest articles

More like this