fbpx

BDU-da “Məzun günü” keçirildi



Bakı Dövlət Universitetində (BDU) məzun günü keçirilib.

BEY.AZ xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən “Məzun günü”nün açılışında BDU-nun rektoru Elçin Babayev müəllimlərə və valideynlərə təşəkkür edib, tələbələrə uğurlar arzulayıb.

“105 ildir ki, Bakı Dövlət Universiteti fəaliyyət göstərir. Azərbaycanın ən qədim universitetinin əziz məzunları, sizin gələcək uğurlarınız eyni zamanda bizim də uğurumuzdur. Unutmayın ki, sizin ən böyük uğurlarınızdan biri BDU məzunu olmaqdır”, – E.Babayev vurğulayıb.

Rektor Vətən müharibəsində və sonrakı proseslərdə tələbələrin iştirakından danışıb: “Rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin edib. Onların arasında bizim məzunlarımız da var. BDU məzunları müharibədən sonra da işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə qoşulub, Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsinə kömək ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini İdris İsayev, AMEA-nın prezidenti İsa Həbibbəyli də tələbələrə uğurlar arzulayıblar.

Daha sonra universitetin tarixi ilə bağlı videoçarx göstərilib.

Qeyd edək ki, bu il magistr və bakalavr pilləsindən 5 mindən çox tələbə məzun adını qazanıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin