Sumqayıtdakı yanğında xəsarət alanlardan 3-ü evə buraxıldı
Abşeron rayonu “Şəfəq” qəsəbəsində baş verən yanğınla bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 6 nəfər (kişi cinsli) yerləşdirilib.
BEY.AZ xəbər verir ki, bu barədə Report-a Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Onlara digər qazların toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş hesab olunan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |