fbpx

Gürcüstan millisi qrupdan çıxdığı üçün bu qədər pul aldı



“Gürcüstan millisinin futbolçuları Almaniyada keçirilən Avropa çempionatının pley-off mərhələsinə çıxdıqlarına görə vəd edilən 30 milyon lari (10 milyon dollardan çox) mükafatı artıq alıblar”.

BEY.AZ xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

“Qrupdan çıxmaq üçün nəzərdə tutulan ilk 30 milyon artıq milli komandaya transfer olunub. Milli komandanın oyunçuları ilə görüşdə onlara növbəti oyun üçün də belə bir mükafatın veriləcəyini xatırlatdıq”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, iyunun 26-da Gürcüstan qrup mərhələsinin son oyununda Portuqaliya yığmasını məğlub edərək (2:0) turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. 1/8 finalda gürcülər iyunun 30-da İspaniya yığması ilə qarşılaşacaqlar.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin