Dünya futbolunun əfsanəvi futbolçularından Roberto Karlosun İslamı qəbul etdiyi iddia olunur.
BEY.AZ xəbər verir ki, 53 yaşlı braziliyalı keçmiş futbolçunun müsəlman olması barədə sosial şəbəkələrdə paylaşımlar yayılıb. İddia qısa müddətdə futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Lakin Roberto Karlos, ailəsi və ya nümayəndələri tərəfindən bu məlumatı təsdiqləyən hər hansı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Roberto Karlos 2007-2010-cu illərdə “Fənərbağça”nın formasını geyinib. O, daha sonra Rusiyanın Dağıstan bölgəsinin “Anji Mahaçqala” klubunda da çıxış edib.
