Ermənistan parlamentinin müxalifətçi deputatı İşxan Saqateliyan ölkəsində “dördüncü respublika” adlandırdığı siyasi modelin formalaşdırılması ilə bağlı Türkiyə və Azərbaycan haqqında iddia səsləndirib.
BEY.AZ xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Saqateliyan parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan hakimiyyətinin irəli sürdüyü “real Ermənistan” konsepsiyası ölkənin milli maraqlarından uzaqlaşmanı nəzərdə tutur.
Müxalifətçi deputat iddia edib ki, “dördüncü Ermənistan Respublikası”nın formalaşdırılmasında Türkiyə “memar”, Azərbaycan isə “konstruktor” rolundadır. O, Avropa ölkələrinin isə bu layihənin “dizayn məsələləri” ilə məşğul olduğunu irəli sürüb.
Saqateliyanın sözlərinə görə, hakim “Vətəndaş müqaviləsi” partiyası bu prosesdə yalnız sözügedən ideyanı cəmiyyətə təqdim edən siyasi qüvvədir.
O, hakimiyyəti Türkiyənin göstərişlərini yerinə yetirməməyə çağırıb.
BEY.AZ
