EvXəbərlər20 min nəfər sərhəddə qalıb

20 min nəfər sərhəddə qalıb

Published on

spot_img

Rusiya-Gürcüstan sərhədində yerləşən “Yuxarı Lars” keçid məntəqəsində böyük tıxac yaranıb.
BEY.AZ “Mash” “Telegram” kanalına istinadla xəbər verir ki, sərhəddə təxminən 20 min nəfər növbədə gözləyir. Tıxacın əsas səbəblərindən biri yük maşınının xarab olaraq yolu bağlamasıdır.
Məlumata görə, Rusiya istiqamətində yaranan növbədə insanlar təxminən 7 saat gözləməli olurlar. Vəziyyəti normallaşdırmaq üçün gömrük və sərhəd xidmətlərinin növbələri gücləndirilib, əlavə əməkdaşlar cəlb olunub.
Lakin görülən tədbirlər hələlik sıxlığın qarşısını ala bilməyib. Keçid məntəqəsində avtomobillərin sayı olduqca çoxdur.
Qeyd olunur ki, “Yuxarı Lars” son günlər sərhəddən keçən sərnişinlərin sayına görə rekord göstəriciyə çatıb. Mütəxəssislər bunu turizm mövsümünün pik həddə çatması ilə əlaqələndirirlər.

Müəllif: Adəm

Latest articles

More like this