fbpx

Nail Abdullayevə “Azəriqaz”da yüksək vəzifə verildi



Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoruna müavin təyin edilib.

BEY.AZ banker.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Nail Abdullayev təyinat alıb. O, bu yeni və əsas rolda “Azəriqaz”da transformasiya layihəsinə rəhbərlik edəcək.

2013-cü ildən Nail Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Nail Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın Tənzimlənməsi”

bakalavr təhsili, Bahçeşehir Universitetində “Biznesin idarə edilməsi” (MBA) üzrə isə magistr təhsili alıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin