Günəşdə avqust ayının ən güclü partlayışı baş verib, onun gücü M səviyyəsinə çatıb.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından bildirilib.
“Avqust ayının rekordu dörd saat da davam gətirmədi – Günəşdə az əvvəl M8.1 səviyyəli daha güclü alovlanma qeydə alındı. Bu, artıq mübalizəsiz böyük hadisədir”, – deyə bildirilib.
Günəş Astronomiyası Laboratoriyasından qeyd edilib ki, yeni partlayışın X səviyyəsinə çatması üçün onun gücünün cəmi 20%-i çatmayıb.
Alimlərin sözlərinə görə, baş verən aktivlik artımı Yer üçün hələ də neytral xarakter daşıyır.
“Belə bir rakurstdan planetə nəyinsə çatacağını təsəvvür etmək çətindir, lakin ləkələr qrupunun Yerə təsir zonasına çatmasına cəmi 3-4 gün qalıb və aktiv sahənin bu qədər qala biləcəyi ssenarisi artıq qeyri-mümkün görünmür”, – deyə Laboratoriyadan vurğulanıb.
Hüseyn İbadlı
