Ukraynalı müğənni, aktrisa və televiziya aparıcısı Olya Polyakova Odessa yaxınlığındakı magistral yolda yol qəzasına düşüb.
BEY.AZ xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” məlumat yayıb.
Sənətçi sosial şəbəkələrdəki izləyicilərinə bildirib ki, onun avtomobilinə başqa bir maşın çırpılıb, bundan sonra onun minik avtomobili yoldan çıxaraq xəndəyə aşıb.
Qəza nəticəsində müğənninin 21 yaşlı qızı Mariya xəsarət alıb – qızın burnu sınıb və dişinin bir hissəsi qırılıb, ona tibbi yardım tələb olunub.
Polyakovanın sözlərinə görə, ikinci avtomobilin sükanı arxasında “sadəcə yolun ortasında geriyə dönən” bir qız olub.
Hüseyn İbadlı
