ABŞ-ın vitse-prezidenti Cey Di Vens ABŞ-İran qarşıdurmasını “incə rəqs” adlandırıb.
BEY.AZ xəbər verir ki, Vens Vaşinqtonun İrana qarşı iqtisadi təzyiqi ən effektiv vasitə hesab etdiyini bildirib. Onun sözlərinə görə, son həftələrdə İran ABŞ-dan daha çox təzyiq hiss edib.
Vens qeyd edib ki, Hörmüz boğazı İranın əsas təsir rıçağıdır. O bildirib ki, ABŞ üçün boğazdan əvvəlki səviyyədə gəmiçilik tələb olunmur, əsas məqsəd amerikalılar üçün yanacaq və enerji qiymətlərini azaltmağa kifayət edəcək həcmdə neft və qazın daşınmasını təmin etməkdir.
Qeyd olunub ki, hazırda Hörmüz boğazından keçən gəmi sayı kəskin azalıb. “Kpler” şirkətinin məlumatına görə, bazar ertəsi boğazdan cəmi 10, bazar günü isə 2 gəmi keçib. Müharibədən əvvəl bu göstərici sutkada orta hesabla 130 gəmi təşkil edirdi.
Vens əlavə edib ki, İran qarşısında iki seçim var: iqtisadi təzyiqin davam etməsi və ya Qərblə münasibətlərin yaxşılaşdırılması.
Müəllif: Adəm
