Türkiyənin Ankara vilayətində yerləşən mədənlərdən birində baş verən uçqun nəticəsində yaralananların sayı 19-a yüksəlib.
BEY.AZ xəbər verir ki, bu barədə vilayət rəhbərliyi məlumat yayıb.
Qeyd edək ki, hadisə nəticəsində bir nəfər ölüb.
Bildirilir ki, hadisəyə mədən sahəsində yerləşən tikililərdən birinin tavanın çökməsi səbəb olub.
Türkiyənin Ankara vilayətinin Nallıhan rayonunda yerləşən mədən ocağında uçqun baş verib.
BEY.AZ “GZT”yə istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində bir işçi həyatını itirib, çox sayda işçi yaralanıb.
Əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Ləman
