Türkiyə Superliqasında ikinci tura start verilib.
BEY.AZ xəbər verir ki, turun ilk oyununda millimizin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Ərzurumspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Matç İstanbul klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Nəriman Axundzadə də bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə, hesab 0:3 olarkən Gyrano Kerkin əvəzinə meydana çıxıb. Millimizin forvardı 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
