EvXəbərlərİsraildən Türkiyə AÇIQLAMASI - “Gərginliyi qəsdən dərinləşdirmək niyyətində deyilik”

İsraildən Türkiyə AÇIQLAMASI – “Gərginliyi qəsdən dərinləşdirmək niyyətində deyilik”

Published on

spot_img

İsrailin xarici işlər naziri Qideon Saar İsrail Müdafiə Qüvvələrinin Suriyadakı hərbi obyektə endirdiyi son zərbə səbəbindən yaranan gərginlik fonunda İsrailin Türkiyə ilə münaqişənin eskalasiyasında maraqlı olmadığını bəyan edib.
BEY.AZ xəbər verir ki, bu barədə “12-ci kanal”a müsahibəsində danışıb.
O vurğulayıb ki, İsrail mövcud status-kvonu qoruyub saxlamaq niyyətindədir, lakin Suriya ərazisində Türkiyənin hərbi bazalarının yaradılmasına yol verməyəcək.
“Biz Türkiyə ilə münaqişənin eskalasiyasında maraqlı deyilik”, — deyə nazir bəyan edib.
Onun sözlərinə görə, İsrail İranın Livan və Qəzza zolağındakı iştirakı təcrübəsini nəzərə alır və Suriyada analoji vəziyyətin Türkiyənin iştirakı ilə inkişaf etməsinə yol vermək istəmir.

Saar qeyd edib ki, İsrail diplomatik həll yollarına “həmişə üstünlük verir” və Ankara ilə münasibətlərdə gərginliyi qəsdən dərinləşdirmək niyyətində deyil.
Hüseyn İbadlı

Latest articles

More like this